• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ronaldo Messi ilə Ronaldu arasında seçim etdi

İDMAN

16 Mart 2024 | 16:30

Ronaldo Messi ilə Ronaldu arasında seçim etdi

Braziliyanın əfsanəvi futbolçusu Ronaldo argentinalı Lionel Messi ilə portuqaliyalı Kriştianu Ronaldu arasında seçim edib.

Bakıvaxtı.az xəbər verir ki, ikiqat dünya çempionu və “Qızıl top”un sahibi ənənəvi sualı düşünmədən cavablandırıb.

Braziliyanın “Kruzeyro” və İspanyanın “Valyadolid” klubunun sahibi olan 47 yaşlı sabiq hücumçu digər cənubi amerikalı Messini ən güclü futbolçu hesab edib. O, eyni zamanda italiyalı Paolo Maldinini ən yaxşı müdafiəçi, fransalı Kilian Mbappeni isə hazırda ən yaxşı hücumçu adlandırıb.

Qeyd edək ki, Lionel Messi ABŞ-ın “İnter Mayami”, Kriştianu Ronaldu isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026