• Bakı 17° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Cüdoçularımız Avropa kubokunda birinci yeri tutdular

İDMAN

14 Aprel 2024 | 22:42

Cüdoçularımız Avropa kubokunda birinci yeri tutdular

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, idmançılarımız turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

Yarışın ikinci günündə oğlanlar arasında 73 kq, 81 kq və +90 kq çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb.

Cəsur İbadlı (73 kq) gümüş, Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kq) isə bürünc medal qazanıb. Sübhan Axundov (+90 kq) 5-ci yerdə qərarlaşıb.


SON XƏBƏRLƏR