• Bakı 16° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

“Qarabağ”ın daha iki potensial rəqibi bilindi

İDMAN

15 Aprel 2024 | 10:56

“Qarabağ”ın daha iki potensial rəqibi bilindi

“Qarabağ”ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib.

Adıçəkilən ölkələrin çempionlarının “Panevejis” və “Ordabasi”nin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Nəticədə, püşkdə güclülərin səbətində qərarlaşacaq “Qarabağ” adları çəkilən komandalara rəqib ola bilər.

Qeyd edək ki, daha əvvəl İslandiya klubu “Vikinqur”un Ağdam təmsilçisinin mümkün rəqibi olacağı bəlli idi.


SON XƏBƏRLƏR

29 Aprel 2024