• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Lebron Ceyms NBA tarixinə düşüb

İDMAN

15 Aprel 2024 | 14:27

Lebron Ceyms NBA tarixinə düşüb

ABŞ-nin “Los Anceles Leykers” klubunun lideri Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı basketbolçu müntəzəm mövsümün Qərb Konfransında “Nyu-Orlean Pelikans”la görüşdə 28 xal, 11 ribaund və 17 assistlə tripl-dabl edərək tarixə düşüb.

Bununla əfsanəvi basketbolçu karyerası ərzində NBA-da 40 min xal, 11 min ribaund və 11 min assistə çatan ilk oyunçu olub.

Qeyd edək ki, “Nyu-Orlean Pelikans” üzərində 124:108 hesablı qələbə qazanan “Los Anceles Leykers” Qərb Konfransında 8-ci pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

29 Aprel 2024