• Bakı 17° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

“Bayer 04”ün futbolçusundsan Bundesliqa rekordu

İDMAN

15 Aprel 2024 | 09:40

“Bayer 04”ün futbolçusundsan Bundesliqa rekordu

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virts Bundesliqa rekorduna imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi XXIX turda “Verder”lə oyunda (5:0) het-trik edərək bunu gerçəkləşdirib.

Fasilədən sonra meydana daxil olan Almaniya millisinin üzvü 68, 83 və 90-cı dəqiqələrdə fərqlənib. Bununla Virts komandasının çempionluğu təmin etdiyi görüşdə het-trik müəllifi olan ilk futbolçu kimi Bundesliqa tarixinə düşüb.

Qeyd edək ki, hesabında 79 xal olan “Bayer 04” sona 5 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.


SON XƏBƏRLƏR