• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Zirə” “Kəpəz”ə qalib gəlib

İDMAN

16 Mart 2024 | 18:51 | Müəllif: Subhan Mahmudov

“Zirə” “Kəpəz”ə qalib gəlib

Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Zirə” Tofiq Bəhramov adında Respublika Stadionunda “Kəpəz”i qəbul edib. Görüş nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində qolları 60-cı dəqiqədə Salifu Suma və 77-ci dəqiqədə Qismət Alıyev vurub. “Kəpəz”də isə 90+4-cü dəqiqədə Junior Martins fərqlənib.

Bu nəticədən sonra xallarını 39-a çatdıran “Zirə” üçüncü pilləyə yüksəlib. “Kəpəz” isə 27 xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün digər oyununda “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. Görüş 18:30-da start götürəcək.

Ötən gün turun açılış matçında “Neftçi” “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXVII turuna martın 17-də keçiriləcək “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026