• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Avropa Liqası: 1/4 finalda İtaliya dueli olacaq

İDMAN

15 Mart 2024 | 16:15

Avropa Liqası: 1/4 finalda İtaliya dueli olacaq

UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Bu raundda İtaliya dueli olacaq. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olub.

1/4 final:

“AC Milan” (İtaliya) – “AS Roma” (İtaliya)

“Liverpool” (İngiltərə) – “Atalanta” (İtaliya)

“Bayer 04 Leverkusen” (Almaniya) – “West Ham” (İngiltərə)

“SL Benfica” (Portuqaliya) – “Olympique de Marseille” (Fransa)

Yarımfinal:

“SL Benfica” – “Olympique de Marseille” cütünün qalibi / “Liverpool” – “Atalanta” cütünün qalibi

“AC Milan” – “AS Roma” cütünün qalibi / “Bayer 04 Leverkusen” – “West Ham”

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq


Avropa Liqası: 1/4 finalda İtaliya dueli olacaq
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026