• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mutu “Neftçi”yə pul üçün gəldiyini etiraf edib

İDMAN

16 Yanvar 2024 | 20:34 | Müəllif: Subhan Mahmudov

Mutu “Neftçi”yə pul üçün gəldiyini etiraf edib

“Neftçi”dən ayrılan rumıniyalı baş məşqçi Adrian Mutu Bakı klubunu seçməsinin səbəbini açıqlayıb.

Bakıvaxtı.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, o, yerli “Rapid”i “ağ-qaralar”a maliyyəyə görə dəyişib.

Mutu etiraf edib ki, Azərbaycan klubunun maddi tərəfdən təklifi çox cəlbedici olub: “Rapid”dən gedişim planlaşdırılmırdı. Sırf “Neftçi”dən gələn yaxşı maddi təklif həlledici oldu. Rəhbərlik ilə danışdım və Azərbaycana yollandım”.

Qeyd edək ki, Mutu “Neftçi”ni 23 oyuna çıxarıb. Komanda onun rəhbərliyi altında bu matçlardan 10-da qələbə qazanıb, 5-də heç-heçə edib. 8 qarşılaşmada isə məğlubiyyətə üzülüb./idmanbiz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026