• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

De Rossi "Roma"nın baş məşqçisi olacaq

İDMAN

16 Yanvar 2024 | 15:27

De Rossi "Roma"nın baş məşqçisi olacaq

Bu gün Joze Mourinyonu istefaya göndərən "Roma" artıq yeni baş məşqçi tapıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda keçmiş yarımmüdafiəçi Daniele De Rossiyə tapşırılacaq. De Rossi ən az bu mövsümün sonuna kimi A seriyası təmsilçisinə rəhbərlik edəcək.

De Rossi 2002-2019-cu illərdə "Roma"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matça çıxıb, 63 qol vurub və 60 qolun ötürməsini verib. De Rossi karyerası ərzində yalnız SPAL-a (İtaliya) baş məşqçilik edib.

Əlavə edək ki, "Roma" A seriyasının 20 turundan sonra 29 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026