• Bakı 15° C

    2.38 m/s

De Bruynenin evi qarət olundu

İDMAN

18 Dekabr 2023 | 17:52

De Bruynenin evi qarət olundu

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Bruynenin evi qarət olunub.

Bakıvaxtı.az HLN nəşrinə istinadən xəbər verir ki, hadisə dekabrın 16-da baş verib.

Oyunçunun Belçikadakı evindən əşyalar oğurlanıb. Həmin vaxt 31 yaşlı yarımmüdafiəçinin həyat yoldaşı və 3 uşağı evdə olmayıb.

O, hazırda "şəhərlilər"in heyətində Səudiyyə Ərəbəsitanında təşkil olunan klublararası dünya çempionatındadır.

Qeyd edək ki, Kevin De Bruyne mövsümün əvvəlində aldığı zədə ucbatından yaşıl meydanlardan kənarda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026