• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Sumqayıtda avtomobil təmiri sexi yandı

HADİSƏ

10 Dekabr 2022 | 09:06

Sumqayıtda avtomobil təmiri sexi yandı

Sumqayıt şəhərində ümumi sahəsi 42 m² olan avtomobil təmiri sexinin içərisində avtomobil ehtiyat hissələri, məişət tullantıları və yağ qalıqları 8 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 15 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Bakı şəhərinin Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026