• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Bakıda ağac aşdı, avtobusların hərəkət sxemi dəyişdirildi

HADİSƏ

08 Yanvar 2023 | 14:31 | Müəllif: Subhan Mahmudov

Bakıda ağac aşdı, avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026