• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Qəbələdə polis qəza törətdi, ölən var

HADİSƏ

07 Fevral 2023 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

Qəbələdə polis qəza törətdi, ölən var

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qəbələ Reabilitasiya Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, polis əməkdaşı Məmmədov Mənsur Rəmzi oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Məmmədov Rəhim Rəşid oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil və Mikayılov Ələsgər İmam oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib, sürücü Rəhim Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026