• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanlı ana və qızı dağıntılar altından çıxarıldı

HADİSƏ

07 Fevral 2023 | 00:52 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı ana və qızı dağıntılar altından çıxarıldı

Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən məlumat verilib.

“Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”, - məlumatda bildirilib.

Qeyd olunub ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, onları xilas etmək mümkün olub. Onlar heç bir əşyalarını götürə bilməyiblər, yaxın tanışlarının evində qalırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026