• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada iki avtomobil toqquşub - xəsarət alanlar var

HADİSƏ

08 Yanvar 2023 | 17:56 | Müəllif: Subhan Mahmudov

Qubada iki avtomobil toqquşub - xəsarət alanlar var

Bakı-Quba yolunun 154-cü kilometrliyində, Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hərəkətdə olan "Nissan" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi qarşı istiqamətdəki "Hyundai" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Quba rayon sakinləri - 1977-ci il təvəllüdlü Yaqubov Tərlan Teymur oğlu, 1991-ci il təvəllüdlü Seyidov Amil Rasim oğlu, Bakı şəhər sakini 1960-cı il təvəlludlü İbrahimova Sinəxanım Ələmdar qızı və Şərur rayon sakini 1971-ci il təvəllüdlü Məmmədov Mirzə Qurban oğlu müxtəlif xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026