• Bakı 13° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Süni intellekt bu zaman imtahanların yoxlanılmasına cəlb oluna bilər

CƏMİYYƏT

08 Aprel 2025 | 12:05

Süni intellekt bu zaman imtahanların yoxlanılmasına cəlb oluna bilər

“Süni intellektlə yazı işinin yoxlanılması beynəlxalq təcrübədə də tam istifadə olunmur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.

Onun sözlərinə görə, 1 tapşırıq süni intellektlə yoxlanılsa da, mütləq onu marker də yoxlayır:

“Əgər ziddiyət yaranarsa, markerin cavabı daha üstün sayılır”.

Qeyd edib ki, süni intellektin etibarlılıq məsələsi elmi cəhətdən təsdiqi tapıldıqdan sonra imtahanların yoxlanılmasına cəlb oluna bilər:

“Bununla bağlı hələ ki, iş gedir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 Aprel 2025