• Bakı 20° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Suriyada yaşayan Azərbaycan vətəndaşları XİN-ə müraciət edib? - AÇIQLAMA

SİYASƏT

08 Dekabr 2024 | 13:20

Suriyada yaşayan Azərbaycan vətəndaşları XİN-ə müraciət edib? - AÇIQLAMA

Suriyadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşları barədə Xarici İşlər Nazirliyinə hər hansı bir məlumat daxil olmayıb.

Bakıvaxtı.az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Vətəndaşlarımız barədə XİN-ə hər hansı bir məlumat daxil olmayıb", - deyə, o bildirib.

Qeyd edək ki, Azərbaycanın Suriyada səfirliyi yoxdur.

Xatıraladaq ki, "Həyat Təhrir əl-Şam" qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də ölkənin şimalında, o vaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib.

Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.

Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib.


SON XƏBƏRLƏR

23 Aprel 2025