• Bakı C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Sülh gündəliyi Paşinyanın siyasətinin bel sütunudur: Proses niyə yubanır?

SİYASƏT

07 Yanvar 2025 | 09:13

Sülh gündəliyi Paşinyanın siyasətinin bel sütunudur: Proses niyə yubanır?

"Minsk qrupunun buraxılması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan özü də açıqlama verib. Baş nazir bildirib ki, münaqişə bitdiyi halda həmin münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyətini davam etdirməsi məntiqsizdir".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, çox güman ki, Minsk qrupunun buraxılması ilə bağlı yaxın müddətdə qərar verilə bilər:

"Bu məsələ İrəvan hökumətinin siyasi iradəsindən asılıdır. Amma açıq görünən odur ki, həmsədr ölkələr - ABŞ, Rusiya və Fransa nəinki Minsk qrupu çərçivəsində, ümumiyyətlə başqa digər qlobal məsələlərdə də qətiyyən bir araya gəlmə bilməzlər. Bu üç ölkədən hansısa faydalı iş və nəticə gözləmək yersizdir. O baxımdan Minsk qrupunun ləğvinin rəsmiləşdirilməsi labüddür”.

Sülhün önündə böyük əngəl olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinə gəlincə, müsahibimiz bildirib ki, bu prosesin də artıq başladığını demək olar. Dediyinə görə. sadəcə olaraq bu proses məlum səbəblərdən çox ləng gedir:

“Müxtəlif ehtimallara görə, Ermənstanda Konstitusiya dəyişikliyi bir neçə il çəkə bilər. Təxminən 2027-c ildə yeni redaktədə yeni Konstitusiya qəbul oluna bilər".

Analitikə görə, iş orasındadır ki, bu, bizi qane etmir, məsələ uzanır və sülh sazişinin imzalanması yubanır:

"Sülhün gecikməsi Paşinyanı narahat etməyə bilməz. Sülh gündəliyi Paşinyanın siyasətinin əsas bel sütunudur. Baş nazir məhz sülh müqaviləsi üzərindən özünü cəmiyyətə sübut edəcək. Əgər nəticə olmazsa, Paşinyanın siyasi mövqeləri də zəifləyəcək. Ona görə Paşinyan üçün sülh müqaviləsinin tezliklə bağlanması əlverişlidir”.

İlqar Vəlizadə: Sülhün gecikməsi Paşinyanı narahat etməyə bilməz

Vəlizadə qeyd edib ki, amma görünür, indiki şərtlər Paşinyanı qane etmir və Azərbaycanın tələblərini mümkün qədər yumşaltmağa çalışır:

“Yəni elə bir görüntü yaratmağa çalışır ki, guya Konstitusiya dəyişikliyi Bakının tələbi ilə yox, mövcud vəziyyət və daxili tələblə gündəmə gəlib. Lakin Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir və gec-tez baş verəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR

07 Yanvar 2025