"Ermənistanın Baş naziri Nikol Paşinyanın daha genişmiqyaslı etiraz aksiyası ilə üzləşmə ehtimalı da var. Bu etirazlar seçkidən öncə olarsa, qarşısıalınmaz hal yarada bilər".
Bu barədə ReAL Partiyasının sədri Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda parlament seçkilərindən öncə etiraz və müqavimət mərkəzlərinə yönəlik addımların atılması Paşinyanın seçkilərə daha rahat getməsinə səbəb olacaq:
"Ermənistan cəmiyyətində kilsənin çox güclü olması ilə bağlı düşüncə hakim idi. Kilsəyə qarşı atılan addımların böyük etirazlara səbəb olacağı iddia edilirdi. Amma bu, baş vermədi. Çünki Ermənistan cəmiyyətində belə bir fikir formalaşdı ki, kilsə Rusiyaya bağlıdır. Kilsə Moskvadan gələn göstərişləri yerinə yetirir. Buna görə də Rusiyaya bağlı istənilən siyasi-ictimai qüvvələrin Ermənistan cəmiyyətində dayağının olmadığı bir daha üzə çıxır”.

Natiq Cəfərli: Paşinyan daha genişmiqyaslı etiraz aksiyası ilə üzləşə bilər
Müsahibimiz hesab edir ki, hökumətə yaxın media qurumları Gümrü merinin də Kremllə əlaqələrinə dair informasiyalar tirajlayacaqlar. Dediyinə görə, Paşinyanı bəyənməyənlər belə onun qarşısındakı alternativlərin daha pis olduğunu bəyan edirlər:
“Paşinyan da gələcəkdə yarana biləcək müqavimət ocaqlarını indidən söndürməyə çalışır".
Aydın Baxış
Bakı 


