• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Suriyanın keçmiş DİN rəhbəri yeni hökumətə təslim oldu

DÜNYA

04 Fevral 2025 | 18:34

Suriyanın keçmiş DİN rəhbəri yeni hökumətə təslim oldu

Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd əl-Şaar ölkənin yeni hakimiyyət orqanlarına təslim olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Əl-Şaar 2011-2018-ci illərdə Suriyanın daxili işlər naziri vəzifəsində çalışıb.

2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd istefa verib və ölkədən qaçıb.

Dekabrın 10-da İdlib vilayətində “xilas hökuməti”nə rəhbərlik edən Məhəmməd əl-Bəşir özünü 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək Suriyanın keçid kabinetinin rəhbəri elan edib. 29 yanvar 2025-ci ildə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ölkədə keçid dövrü ərzində Suriyanın prezidenti elan edildi.


SON XƏBƏRLƏR

04 Fevral 2025