• Bakı 24° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Şuşanın 10-cu qardaş şəhəri

WUF13

19 May 2026 | 15:15

Şuşanın 10-cu qardaş şəhəri

"Trabzon Şuşanın beynəlxalq səviyyədə qardaşlıq və əməkdaşlıq münasibətləri qurduğu 10-cu şəhərdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Obub sözlərinə görə, iki şəhərin qardaşlaşması haqqında sənəd Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində imzalanıb:

"Bu hadisə həm Şuşa, həm də Trabzon üçün əlamətdar addım hesab olunur".

A.Kərimov qeyd edib ki, əlaqələr həm şəhərlər, həm də mədəniyyətlər arasında ənənəvi Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu çərçivəsində inkişaf edəcək:

"Hər iki şəhərin bir-birindən öyrənəcəyi çox məqam var. Eyni zamanda birlikdə həyata keçirəcəyimiz çoxsaylı layihələr mövcuddur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026