"Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmaldır"
Bakıvaxtı.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Nazirin sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir.
"Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cu il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm ki, həmin ildən turistləri qəbul etmək mümkün olacaq", - deyə mədəniyyət naziri bildirib.
















