• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Komitə sədrindən böyük şirkətlərə ÇAĞIRIŞ

CƏMİYYƏT

27 Yanvar 2022 | 12:10 | Müəllif: Qalib İbrahimoğlu

Komitə sədrindən böyük şirkətlərə ÇAĞIRIŞ

“Böyük şirkətlər qadınların məşğulluğunun və karyera yüksəlişinin təmin olunması, həmçinin hamilələrin iş şəraitini asanlaşdırmaq üçün qərarlar ala bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

O, sahibkarlıq subyektlərinin iş yerlərində gender bərabərliyinə töhfə verməyə çağırıb: “Böyük şirkətlərdə ailə və gender məsələləri üzrə əlaqələndiricinin təyin olunmasını tövsiyə edirik”.

B.Muradova bildirib ki, qadınların məşğulluğunun təmin olunması istiqamətində keçirilən tədbirlərə 7000 qadın cəlb olunub: “Onlardan 92 qadın hazırda fəal bizneslə məşğuldur. Biz bu rəqəmin artmasını hədəfləyirik”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026