• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dumanlı hava şəraiti bu vaxtadək davam edəcək

CƏMİYYƏT

25 Fevral 2022 | 22:35

Dumanlı hava şəraiti bu vaxtadək davam edəcək

Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xidmətin fevralın 25-i saat 22:00-a olan məlumatına əsasən, Sumqayıt, Bakı, Pirallahı, Neft Daşları, Çilov adası, Göygöl, Naftalan, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Xaçmaz, Tərtər, Bərdə, Hacıqabul, Biləsuvar, Qax, Mingəçevir, Beyləqan, Yevlaxda duman müşahidə olunub.

Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində dumanlı hava şəraiti sabah səhərədək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026