• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vətən müharibəsi qazisinin evi yanıb külə döndü - FOTOLAR

CƏMİYYƏT

27 Mart 2022 | 10:11

Vətən müharibəsi qazisinin evi yanıb külə döndü - FOTOLAR

Qəbələdə Vətən müharibəsi qazisinin evi yanaraq kül olub.

Bakıvaxtı.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə martın 23-də, şəhərin Əhmədağa Bağırov küçəsində qeydə alınıb.

Belə ki, Əliyev Xalis Vahid oğluna məxsus evdə gecə saatlarında yanğın baş verib. Yanğın nəticəsində üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.

Beş nəfərdən ibarət ailə müvəqqəti olaraq qohumlarının evində məskunlaşıb. Ailə evlərinin bərpası üçün aidiyyəti qurumlardan kömək istəyir.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Xalis Əliyev, Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.


Vətən müharibəsi qazisinin evi yanıb külə döndü - FOTOLARVətən müharibəsi qazisinin evi yanıb külə döndü - FOTOLARVətən müharibəsi qazisinin evi yanıb külə döndü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR