• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda “Omikron” sürətlə yayılmağa başlayıb

CƏMİYYƏT

27 Yanvar 2022 | 12:13

Azərbaycanda “Omikron” sürətlə yayılmağa başlayıb

Azərbaycanda koronavirusun “Omikron” ştamı sürətlə yayılmağa başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirir ki, bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir:

“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omikron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70%-in üzərinə çıxır:

“Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026