• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Ülviyyədən boşanma iddialarına reaksiya: “Problemim varsa...”

MƏDƏNİYYƏT

07 Sentyabr 2022 | 14:16 | Müəllif: Subhan Mahmudov

Ülviyyədən boşanma iddialarına reaksiya: “Problemim varsa...”

Məşhur aktyor cütlüyü - Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılın ayrıldığı ilə bağlı xəbərlər yayılıb.

Bakıvaxtı.az bizim media-ya istinadən xəbər verir ki, bu iddianı ortalığa sosial şəbəkə əhli atıb. 
İzləyicilər Ülviyyənin "Instagram" hesabına "Muradla boşanmısınız?" kimi çoxsaylı sual ünvanlayıblar və "Bəllidir, artıq həyat yoldaşınızla probleminiz var" fikrini yazıblar. 

Saysız-hesabsız ayrılıq suallarından təngə gələn Xəlilbəyli sərt və ironiya dolu cavabları ilə diqqət çəkib.  

"Niyə ailənizin dağılması ilə bağlı açıqlama vermirsiniz?" sualına aktrisa "Problemim varsa, siz niyə bezmisiniz?" şərhini yazıb.  

Digər izləyicisinin "Bəlkə gündəmdə qalmaq üçün  həyat yoldaşınızla belə oyunlar qurmusuz?" sualına isə Xəlilbəyli "Startda dayanmısınız? İcazə verirəm yaxınlaşa bilərsiniz" cavabını verib. 

Qeyd edək ki,  bir neçə gün əvvəl cütlük böyük oğulları Fuada iki yaşı olması münasibəti ilə doğum günü məclisi təşkil ediblər.

Ülviyyə Muradla oğlunun görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Aşiqlərin Rəsul adında daha bir oğlan övladı var. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026