• Bakı 21° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

TR-YÖS imtahanında tarixi nəticə: Əhəd Səmədzadə maksimum 500 bal topladı

CƏMİYYƏT

11 Iyun 2025 | 20:14

TR-YÖS imtahanında tarixi nəticə: Əhəd Səmədzadə maksimum 500 bal topladı

Beynəlxalq Təhsil Mərkəzinin istedadlı şagirdi Əhəd Səmədzadə 2025-ci il TR-YÖS (Türkiyə Yabancı Öğrenci Sınavı) imtahanında möhtəşəm uğura imza atıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, mümkün maksimum göstərici olan 500 bal toplayıb.

Bu nəticə ilə Əhəd Səmədzadə, beynəlxalq tələbələr üçün təşkil olunan ən çətin imtahanlardan biri sayılan TR-YÖS-də həm ölkə, həm də beynəlxalq səviyyədə ən yüksək nəticəni əldə edən şagirdlər sırasında lider mövqeyə yüksəlib.

500 bal nəticəsi — təkcə akademik bilik deyil, sistemli hazırlıq, ciddi zəhmət və strateji düşüncə qabiliyyətinin nəticəsidir.

Əhədin bu nəticəsi onu Türkiyənin ən prestijli universitetlərində tam təqaüdlə təhsil almaq imkanı ilə bir addım daha irəli daşıyır.

Əhəd Səmədzadənin bu uğuru onun akademik potensialının və zəhmətinin göstəricisi olmaqla yanaşı, Beynəlxalq Təhsil Mərkəzinin hazırlıq sisteminin effektivliyini də sübut edir.

“Əhədin uğuru təsadüf deyil - bu, illərlə qurulan bir sistemin, güvənli təlimin və tələbəmizin yorulmaz əzminin nəticəsidir,” — deyə Beynəlxalq Təhsil Mərkəzinin rəhbərliyi bildirib.

Biz də Əhədi səmimi qəlbdən təbrik edir, ona təhsil həyatında daha böyük uğurlar və zirvələr arzulayırıq!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

12 Iyun 2025