• Bakı 23° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

TƏBİB rəhbəri III MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi üçün tapşırıq verib

CƏMİYYƏT

11 Iyul 2025 | 17:19

TƏBİB rəhbəri III MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi üçün tapşırıq verib

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Azərbaycanda keçiriləcək III MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi haqqında tapşırıq verib.

Bakıvaxtı.az xəbər verir ki, Vüqar Qurbanov yarışların yalnız Bakıda deyil, eyni zamanda Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində də keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

O, müəssisə rəhbərlərinə ehtiyat tədbirlərinin görülməsi, əlavə növbətçilik qrafiklərinin tərtib olunması, yarış marşrutlarına uyğun təcili tibbi yardım dəstələrinin formalaşdırılması və ümumi hazırlıq vəziyyətinin operativ şəkildə təşkil edilməsi barədə tapşırıqlarını verdiyini diqqətə çatdırıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə III MDB Oyunlarının Azərbaycanın səhiyyə sistemi üçün növbəti ciddi sınaq olacağını bildirib.


SON XƏBƏRLƏR