• Bakı 13° C

    1.45 m/s

Taekvondoçumuz “Paris-2024”ə lisenziya qazandı

İDMAN

17 Dekabr 2023 | 22:14 | Müəllif: Subhan Mahmudov

Taekvondoçumuz “Paris-2024”ə lisenziya qazandı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə” turnirində 58 kiloqram çəki dərəcəsində taekvondo üzrə təsnifat mərhələsində uğurlu çıxış edərək qızıl medal qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaşım Maqomedov “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan ilk Azərbaycan taekvondoçusu olub. Təsnifat mərhələsini qızıl medalla başa vuran taekvondoçumuz Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasının final mərhələsinə yüksəlib. Taekvondoçumuz bu mərhələni də uğurla başa vuraraq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla da, Azərbaycan komandası “Paris-2024” Yay Olimpiya Oyunlarına 9-cu lisenziyanı təmin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026