• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Taliban” 95 minlik təhlükəsizlik qüvvələri yaradır

DÜNYA

21 Yanvar 2022 | 14:25 | Müəllif: Subhan Mahmudov

“Taliban” 95 minlik təhlükəsizlik qüvvələri yaradır

Əfqanıstanda hakimiyyətə gələn radikal "Taliban" hərəkatı 95 min nəfərdən ibarət təhlükəsizlik qüvvələrinin yaradılmasını başa çatdırır.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Taliban" hökumətinin daxili işlər naziri Siracuddin Haqqani məlumat verib.

"Biz ümumi sayı 95 min nəfər olan təhlükəsizlik xidmətinin formalaşmasını başa çatdırmaq üzrəyik", - deyə Haqqani Qətərin "Əl-Cəzirə" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Əfqanıstan ərazisində baş verən partlayışların arxasında İŞİD yaraqlıları və keçmiş hökumətin bəzi üzvləri dayanır.

"Taliban" məhz gənc əfqanların dünyagörüşünü düzəltmək yolu ilə həm təhlükəsizlik sahəsində, həm də ideoloji cəhətdən İŞİD-lə mübarizə aparmağa çalışır", - deyə nazir əlavə edib.

Haqqani həmçinin qeyd edib ki, ABŞ-ın tərtib etdiyi terrorçular siyahısında onun  adının olması bütün əfqanlara ziyan vurur.

Daxili işlər naziri hesab edir ki, beynəlxalq ictimaiyyətin hazırkı hökuməti tanımaqdan imtina etməsi və Əfqanıstana məxsus vəsaitlərin xarici banklarda dondurulması "Əfqan xalqının kollektiv cəzasıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026