• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Almaniya Ukraynanı G7 toplantısına dəvət etdi

DÜNYA

20 Fevral 2022 | 09:38

Almaniya Ukraynanı G7 toplantısına dəvət etdi

G7 ölkələrinin (“Böyük yeddilik”) xarici işlər nazirləri Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı “Böyük yeddiliy”in toplantısında iştiraka dəvət ediblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında danışıqların yekunlarına dair bildirib.

"Biz ona dedik ki, Ukrayna üçün ağır iqtisadi və maliyyə böhranına çevrilən bu ağır böhran zamanı biz G7-dəki tərəfdaşlar olaraq Ukraynanın tərəfindəyik", - Berbok jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ukrayna 2014-cü ildən bu günə kimi G7 və digər beynəlxalq institutlardan ümumilikdə 48 milyard ABŞ dollarından çox vəsait əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026