• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna ordusu bir yaşayış məntəqəsini azad etdi

DÜNYA

22 Mart 2022 | 09:12 | Müəllif: Subhan Mahmudov

Ukrayna ordusu bir yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Nikolayev vilayətində 1 kəndi Rusiya hərbçilərindən azad edib.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün teleqram kanalında bildirib.

“Əsgərlərimiz düşməni cinahlardan mühasirəyə alıb və təmizləmə əməliyyatı həyata keçirib. Nəticədə işğalçılar itki verib, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri hərbi qənimətlər - texnika, silah və sənədləri ələ keçiriblər”, - o deyib.

Qeyd edilir ki, Rusiya hərbçiləri uşaq bağçasında gizlənib. Kəndin sakinləri, o cümlədən uşaqlar əvvəlcədən təxliyə olunub.

Rusiya ordusunun itkiləri hələ dəqiqləşdirilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026