• Bakı 21° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.8006

    RUB - 0.0177

Tanınmış jurnalist federal axtarışa verilib

MEDİA

24 Noyabr 2022 | 12:43

Tanınmış jurnalist federal axtarışa verilib

Rusiyalı tanınmış jurnalist Andrey Karaulov federal axtarışa verilib.

Bakıvaxtı.az xəbər verir ki, Karaulovun federal axtarışa verilməsi barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib.

Rusiya DİN-in bazasında yerləşdirilən məlumatda Karaulovun Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında axtarışa verildiyi bildirilib.

Qeyd edək ki, noyabrın 3-də jurnalistin Moskva vilayətində yerləşən bağ evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Karaulovun adı “Rostex”in rəhbəri Sergey Çemezova böhtan atılması ilə bağlı açılan cinayət işində hallanır/apa.


SON XƏBƏRLƏR

26 Sentyabr 2023