• Bakı C

    14.31 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Tanınmış müğənni həbs olundu - FOTO

ŞOU

19 Mart 2025 | 15:17

Tanınmış müğənni həbs olundu - FOTO

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində məşhur müğənni Ercan Saatçı həbs olunub. Saatçının həbs olunma səbəbi hələlik açıqlanmayıb.

Bakıvaxtı.az "Sözcü"yə istinadən xəbər verir ki, 13 mart 1968-ci ildə İstanbulda anadan olan Ercan Saatçı mandolin, akkordeon və skripka çalmağı bacarır. 

"Haydarpaşa" Liseyində oxuyarkən məktəbin musiqi qrupunu yaradıb və musiqi yarışmalarına qatılıb. 1988-ci ildə İTÜ Türk Musiqisi Dövlət Konservatoriyasının Kontrabas fakültəsinə daxil olan Saatçı, o dövrdə "İzel-Çelik-Ercan" qrupunu yaradıb. 1990-cı ildə isə “Grup Vitamin”i yaratsa da, Gökhan Semizlə yaşadığı fikir ayrılıqları səbəbindən qrupdan ayrılıb.

Ercan Saatçı 1997-ci ildə Gülümsün Özkök ilə evlənib, amma 2009-cu ildə boşanıb. Cütlüyün Zeynep Saatçı və Sinan Ali Saatçı adlı iki övladı var.


SON XƏBƏRLƏR