• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Mehriban Xanlarova keçmiş əri ilə BARIŞIR?

ŞOU

14 Aprel 2025 | 12:04

Mehriban Xanlarova keçmiş əri ilə BARIŞIR?

"Bu gün mənə zəng etsə, mən telefona cavab verən insanam".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova Yalçın Uğurun müəllifi olduğu “Bir gün” verilişində səsləndirib.

O bildirib ki, həyat yoldaşı ilə ayrılıqları düşmənçilik üzərində qurulmayıb:

"Özü gedib ailə qurdu, qurmalı idi də. Amma onun da həyatı yaxşı getmədi".

Veriliş zamanı kamera qarşısında keçmiş həyat yoldaşı Zaurla əlaqə saxlayan M.Xanlarova belə deyib:

"Başa salıram ki, düşmən deyilik, amma inanmırlar. Dedilər ki, azadlığa çıxıb. Görürəm, mənə mesaj da yazmısan".

Zaur isə münasibətləri barədə bunları deyib:

"Nə olsun ayrılmışıq, dostuq. Hər zaman qulluğundayam. İndi də deyirəm ki, Mehriban kimi kişi balası görməmişəm. O, başqa insandır. Mehriban mənim birinci və sonuncu sevgimdir”.

“Amma barışmaq olmaz, bu münasibət artıq bitib", - deyə Xanlarovanın keçmiş əri bildirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR