• Bakı 20° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi

ŞOU

01 Iyun 2026 | 18:17

Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi

Türkiyəli müğənni Haluk Levent Tokatda verdiyi konsert zamanı səhnədə özünü pis hiss edib.

Bakıvaxtı.az xəbər verir ki, bir müddət əvvəl mədə qanaxması səbəbindən reanimasiyada müalicə alan və daha sonra evə buraxılan sənətçi çıxışını yarımçıq dayandırmalı olub.

Tamaşaçılara müraciət edən Haluk Levent, "Üzr istəyirəm, təxminən 10 dəqiqədir mədəm çox ağrıyır. Bir qədər dincəlməliyəm, sonra qayıdacağam", - deyə bildirib.

Sənətçinin bu sözlərindən sonra tamaşaçılar ona alqışlarla dəstək veriblər. 


SON XƏBƏRLƏR