• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tanınmış şahmatçı “Vüqar Həşimov Memorial”ında iştirak edə bilməyəcək

    İDMAN

    27 Noyabr 2023 | 12:27

    Tanınmış şahmatçı “Vüqar Həşimov Memorial”ında iştirak edə bilməyəcək

    Bu il Qəbələnin ev sahibliyi edəcəyi “Vüqar Həşimov Memorialı”nın iştirakçılarında dəyişiklik olub.

    Turnirin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Polşa təmsilçisi Yan-Kşiştof Duda Təşkilat Komitəsinə səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müraciət ünvanlayıb. Onun əvəzinə Hindistan şahmatçısı Arjun Eriqaisi ilk dəfə “Vüqar Həşimov Memorialı”na dəvət olunub.

    14 yaşında beynəlxalq qrossmeyster olan Arjun Eriqaisi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır. Şahmatçı ötən il Sinqapurdan olan şirkətlə 1,5 milyon dollarlıq sponsor müqaviləsi imzalamaqla diqqətə səbəb olub.

    Yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 8-11-də Qəbələdə təşkil olunacaq.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024