• Bakı 21° C

    3.72 m/s

Tapdığı qızılları polisə verdi və...

DÜNYA

17 Avqust 2023 | 17:50

Tapdığı qızılları polisə verdi və...

Taylandda küçədə tapdığı qızıl aksesuarları sahibinə çatdıran təmizlik işçisi bələdiyyə sədri tərəfindən fəxri fərman və pulla mükafatlandırılıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Taylandın Phetchabun əyalətində qeydə alınıb, Belə ki, Mueang Phetchabun bələdiyyəsində xadimə işləyən 55 yaşlı Ratree Chumwong Tung Jai Pattana yolundakı evin qarşısında qızıl aksesuarlarla dolu şəffaf qutu tapıb.

Ratree tərəddüd etmədən vəziyyəti polisə bildirib. Polisin araşdırması nəticəsində qutunun sahibi tapılıb. Qızıllar olan zinət qutusu 31 yaşlı fotoqraf İttifona təhvil verilib.

Qızılların olduğu qutunu polisə təhvil verən Ratreenin davranışı bəyənilib. Mueang Phetchabun bələdiyyə başçısı Seksan Niyompeng Ratreeni fəxri fərman və pulla mükafatlandırıb. Həmçinin, bildirilib ki, onu bələdiyyəyə başqa işə götürmək istəyirlər.

Ratree hadisə ilə bağlı belə deyib: “Sahibinin üzüldüyünü bilirəm. Çünki keçmişdə mən də qızıl boyunbağımı itirmişəm”.

Tayland mediası küçədə tapılan qızılın dəyərinin xadimənin 1 illik maaşına bərabər olduğunu yazıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026