• Bakı 14° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bu ölkə də Rusiya qeydiyyatlı maşınları sərhəddən buraxmayacaq

DÜNYA

16 Sentyabr 2023 | 17:09

Bu ölkə də Rusiya qeydiyyatlı maşınları sərhəddən buraxmayacaq

Polşa Rusiya qeydiyyatlı maşınların ölkəyə girişinə qadağa qoyur.

Bakıvaxtı.az Polşanın PAP xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminsk bildirib.

Nazirin sözlərinə görə, bazar günündən (17 sentyabr) etibarən Polşa Rusiyada qeydiyyatda olan minik avtomobillərinin ölkəyə girişini qadağan edəcək.

PAP agentliyi daxili işlər naziri Kaminskiyə istinadən bildirib ki, qadağa Ukraynadakı müharibə ilə əlaqədar Rusiya və onun vətəndaşlarına qarşı tətbiq edilən sanksiyaların növbəti hissəsidir.

Xatırladaq ki, artıq Estoniya, Latviya, Litva və Finlandiya oxşar qərarı qəbul ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026