• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Əfqanıstanda səfirliyimiz fəaliyyətə başlaya bilər

DÜNYA

16 Sentyabr 2023 | 15:14

Əfqanıstanda səfirliyimiz fəaliyyətə başlaya bilər

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CBC-Azerbaijan” telekanalına eksklüziv müsahibəsində hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.

Onun sözlərinə görə, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırdır: “Biz bununla bağlı zəmin yaratmağa və lazımi işləri görməyə hazırıq. Biz də istərdik ki, Azərbaycanda bizim nümayəndələrimiz olsun”.

Z.Mücahid vurğulayıb ki, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Məlum olduğu kimi, ərazi bütövlüyü məsələsi Əfqanıstan üçün son dərəcə vacibdir. Hesab edirəm ki, bu, Azərbaycan üçün də eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR