• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail Livanla sərhəddə yaşayanları təxliyə edir

DÜNYA

16 Oktyabr 2023 | 13:16 | Müəllif: Subhan Mahmudov

İsrail Livanla sərhəddə yaşayanları təxliyə edir

İsrail ölkənin şimalında Livanla sərhəddən 2 km radiusda yaşayan sakinləri təxliyə edir.

Bakıvaxtı.az bildirir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin və İsrail Müdafiə Ordusunun nümayəndələrinin birgə bəyanatında deyilir.

Məlumata görə, plana 28 yaşayış məntəqəsi daxil edilib. Təxliyə olunmuş sakinlər dövlət tərəfindən subsidiyalaşdırılan qonaq evlərində yerləşdiriləcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026