• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Makron İran prezidentinə xəbərdarlıq edib

DÜNYA

16 Oktyabr 2023 | 14:27 | Müəllif: Subhan Mahmudov

Makron İran prezidentinə xəbərdarlıq edib

Fransa prezidenti Emmanuel Makron İran prezidenti İbrahim Rəisiyə İsraildəki münaqişənin Yaxın Şərq regionuna yayılma riski barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Bildirilir ki, Fransa lideri iranlı həmkarı ilə telefonla danışarkən İran prezidentini İsrail və HƏMAS arasındakı münaqişənin, xüsusən də Livana hər hansı bir gərginlik və ya yayılmasına qarşı xəbərdar edib. Makron İran tərəfini HƏMAS-ın terror hücumlarını qeyd-şərtsiz pisləməyə çağırıb.

İran liderinin Makrona hansı cavabı verdiyi barədə məlumat verilmir.

Bundan əvvəl Fransanın "Le Figaro" qəzeti yazıb ki, Fələstinin HƏMAS hərəkatının hücumu İsrailin Yaxın Şərqdəki "yenilməz qala" reputasiyasına təsir edə bilər./musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026