• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Tələbələrin bufetlə bağlı şikayətinə RƏSMİ REAKSİYA

CƏMİYYƏT

05 Dekabr 2024 | 19:32

Tələbələrin bufetlə bağlı şikayətinə RƏSMİ REAKSİYA

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrindən bufetlə bağlı şikayət paylaşılıb.

Tələbələr qeyd ediblər ki, universitetin əsas korpusundakı bufetdə tələbələrə: "əgər yeməyi evdən gətirib, bizə xeyir verməyəcəksinizsə, oturmayın",- deyiblər. 

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı sözügedən universitetlə əlaqə saxlayıb.

Azərbaycan Tibb Universitetinin (ATU) İcitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova qeyd edib ki, heç bir tələbə tərəfindən yeməkxanaya və ya prorektorluğa belə bir məsələ ilə bağlı şikayət daxil olmayıb:

"Lakin sosial şəbəkədə yayılan məsələyə əsasən bu gün universitet rəhbərliyi və bu işlə məşğul olan prorektorluq tərəfindən ciddi tapşırıq verilib ki, tələbələrin istəyinə uyğun olaraq hər şey tənzimlənsin",- deyə bildirib.


SON XƏBƏRLƏR

18 Aprel 2025