• Bakı 23° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

"Telegram"ın "inqilabi" yenilənməsi 

Multİmedia

16 Avqust 2022 | 02:14

Telegramın inqilabi yenilənməsi 

Uzun çəkməyən gözləntidən sonra Telegram-ın "inqilabi" yenilənməsi təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki,  messencerin yenilənmiş versiyası insanlar arasındakı ünsiyyəti tamamilə dəyişmək üçün nəzərdə tutulub. Belə ki, yenilənmə istifadəçilərə öz emosiyalarını yeni animasiyalı emojilər vasitəsilə əks etdirmək yolunda daha geniş imkanlar təqdim edir. Telegram Premium istifadəçiləri üçün fərdi emojilərin yaradılma platforması istifadəyə verilib. Sözügedən platforma istifadəçilərə unikal personajlardan ibarət fərdi dəstləri yükləməyə imkan verir. Artıq 500 animasiyalı emojidən ibarət ilk 10 dəst istifadəyə verilib və bu dəstlərin sayı getdikcə artacaq.

İstifadəçilər isə öz növbələrində bu cür animasiyalı emojiləri birbaşa mətnli mesajlara, videoların və ya fotoların başlıqlarına əlavə edə biləcəklər. Müəllif hüquqlarına sahib çoxlu sayda animasiyalı emojilər üçün tam ekranlı xüsusi animasiyalar aktivdir. Bu özəllik yalnız Telegram Premium istifadəçiləri üçün keçərlidir (technote.az). Telegram-ın iOS versiyasının istifadəçiləri üçün stikerlərin yenilənmiş paneli istifadəyə verilib. İstifadəyə verilmiş yeni panel messencerin Android, desktor və veb versiyalarında olan stikerlər panelinin analoqudur.

Beləliklə həmin panel stikerlər, emojilər və GIF bölmələri arasındakı keçidi sadələşdirir. Telegram Premium istifadəçiləri üçün təqdim edilmiş daha bir yeni funksiya onlara səsli mesajların göndərilməsinin qadağan edilməsidir. Belə ki, Telegram Premium istifadəçiləri öz istəklərinə uyğun olaraq bütün istifadəçilərə səsli mesajların göndərilməsini qadağan edə bilərlər. Bu funksiyasını aktivləşdirmiş istifadəçiyə səsli mesaj göndərmək istəyən zaman messencer müvafiq qadağanı əks etdirən bildirişi səsli mesajı göndərmək istəyən şəxsə təqdim edəcək.

Bununla yanaşı istifadəçi səsli mesajların kimlər tərəfindən göndərilə biləcəyini də seçə bilər. Bundan əlavə olaraq messencerə daha çox interaktiv animasiyalı emojilər əlavə edilib. Əlavə edilmiş bu emojilərlə özəl çatlarda qarşılıqlı əlaqədə olmaq olar. Bu cür emojiyə klikləyən zaman həmsöhbət olan iki şəxs ekranda müvafiq animasiyanı görəcək. Onu da qeyd etmək lazımdır ki, bundan sonra istifadəçilər Premium abunəliyi digərlərinə hədiyyə kimi göndərə biləcəklər. Belə ki, istifadəçilər 3, 6 və ya 12 aylıq Telegram Premium abunəliyini digərlərinə hədiyyə göndərə bilərlər.


SON XƏBƏRLƏR

29 Sentyabr 2022