• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Təltif edilən generallardan birinin də qardaşı rütbəli zabit imiş - EKSKLÜZİV + FOTO

CƏMİYYƏT

25 Iyun 2025 | 12:26

Təltif edilən generallardan birinin də qardaşı rütbəli zabit imiş - EKSKLÜZİV + FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

Bakıvaxtı.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, rütbəsi artırılan  Vasif Xəlilov Müdafiə Nazirliyinin Rabitə baş idarəsinin rəisidir.

O, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbindən məzun olaraq "leytenant" hərbi rütbəsi ilə təltif edilib. Uzun müddət rabitə qoşunlarında müxtəlif vəzifələrdə xidmət edib. Qeyd edək ki, onun qardaşı da zabitdir. Polkovnik Nazif Xəlilov isə Heydər Əliyev adına Hərbi İnstitutunun qərərgah rəisidir. Vasif Xəlilov əslən Qubalıdır.

Fotoda: Nazif Xəlilov

Əli Hüseynov


SON XƏBƏRLƏR