SABAH qruplarının əhatəsi genişləndiriləcək, yeni məzmunlu təhsil proqramlarının gələcəkdə 15 min tələbəni əhatə etməsi nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq bu istiqamətdə addımlar atılır:
"Dəyişikliklərin biri ondan ibraətdir ki, artıq tələbələrimiz I kursdan başlayaraq təhsil ala biləcəklər. Bundan sonra göstərdikləri akademik nəticəyə və DİM imtahanlarındakı göstəricilərinə əsasən müsahibə yolu ilə daha çox tələbələrimiz birinci kursdan başlayaraq SABAH qruplarında təhsil almış olacaqlar".
Nazir müşaviri ixtisas istiqamətlərinin də genişləndiriləcəyini vurğulayıb:
“Bu da təhsil keyfiyyətinin yaxşılaşdırılması istiqamətinə ciddi təsir göstərəcək. Bununla da daha çox tələbə SABAH qruplarında təhsil ala biləcək”.