• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

TikTok Now funksiyası istifadəyə veriləcək

Multİmedia

20 Sentyabr 2022 | 03:46

TikTok Now funksiyası istifadəyə veriləcək

Məşhur TikTok platforması TikTok Now adlı funksiyanı anons edib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən yeni funksiya faktiki olaraq getdikcə daha çox məşhurlaşan BeReal adlı sosial şəbəkənin analoqudur. Qeyd etmək lazımdır ki, BeReal adlı sosial şəbəkə hər gün bir dəfə təsadüfi seçilmiş zaman aralığında istifadəçiyə eyni anda həm ön həm də arxa kamera vasitəsilə foto və ya video çəkməyi təklif edir. Bu üsul ilə sözügedən sosial şəbəkə istifadəçiləri və onların ətraflarında baş verənləri təbii şəkildə sərgiləməyə hədəflənib. BeReal-ın bu ideyası məşhur olan digər sosial şəbəkələrin diqqətlərini çəkib.

Bir neçə müddət bundan öncə hətta məlumat ortaya çıxmışdı ki, Instagram buna bənzər IG Candid Challenges adlı funksiyanın testini aparır. TikTok isə BeReal-ın fərqləndirici özəlliyini tamamilə kopyalayaraq öz platformasında istifadəyə verəcək. TikTok-da bu funksiya TikTok Now adını əldə edib. “TikTok Now günün müəyyən vaxtında nə ilə məşğul olduğunuzu əks etdirmək üçün sizlərə telefonun eyni anda həm arxa həm də ön kamera vasitəsilə çəkiliş etməyi təklif edir. Siz hər gün müəyyən zaman aralığında nə ilə məşğul olduğunuzu sərgiləmək üçün 10 saniyəlik video və ya foto çəkə bilərsiniz” - deyə TikTok qeyd edib.

 BeReal istifadəçiləri hər gün eyni anda “Time to BeReal” bildirişini əldə edirlər. Bu isə öz növbəsində telefonun həm ön həm də arxa kamerasından istifadə etmək vaxtının gəldiyini bildirir. TikTok-da da eyni cür bildiriş reallaşdırılıb. TikTok istifadəçiləri “Time to Now” bildirişini əldə edəcəklər (technote.az). BeReal istifadəçilərinə bildiriş gəldikdən sonra çəkiliş üçün 2 dəqiqə vaxt verildiyi halda, TikTok-da 3 dəqiqə vaxt verilir. Müxtəlif regionlardan olan istifadəçilər üçün TikTok Now funksiyası fərqli tərzdə istifadəyə veriləcək. Məsələn ABŞ-da sözügedən funksiya əsas TikTok tətbiqinin daxilində reallaşdırılacaq. Bəzi regionlar üçün isə bu funksiya ayrıca tətbiq tərzində hazırlanacaq.


SON XƏBƏRLƏR