• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Telegram”da bu funksiya pullu oldu

MULTİMEDİA

16 Oktyabr 2022 | 01:04 | Müəllif: Qalib İbrahimoğlu

“Telegram”da bu funksiya pullu oldu

“Telegram” messencerində standart funksiyalardan biri pullu olub.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, artıq yalnız “Premium” abunəçiləri çatlarda kanallar adından mesaj dərc edə biləcək.

Məlumata görə, artıq “Premium” abunəsi olmayan hesablar kanal adından şərhlərdə və qruplarda yaza bilmirlər (yalnız şəxsi hesabı adından mümkündür). Bu funksiya əvvəllər abunə olmadan mövcud idi.

“Telegram”ın tərtibat komandasına yaxın mənbə bildirib ki, bu funksiyadan spamerlər sui-istifadə ediblər və məhz bununla əlaqədar olaraq funksiyanın ödənişli abunəliyə keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, cari ilin iyun ayında “Telegram” daxilində ödənişli funksiyalar elan edilən zaman messencerin yaradıcısı Pavel Durov əmin etmişdi ki, hazırda bütün mövcud funksiyalar pulsuz olaraq qalacaq, gələcəkdə isə daha bir çox yeni pulsuz funksiyalar peyda olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026