• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Whatsapp-da yeni funksiya: Göndərilmiş mesajlar...

MULTİMEDİA

18 Oktyabr 2022 | 02:40 | Müəllif: Qalib İbrahimoğlu

Whatsapp-da yeni funksiya: Göndərilmiş mesajlar...

Whatsapp tərtibatçıları messencerə yeni faydalı funksiyanı əlavə edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, söhbət, göndərilmiş mesajların redaktə edilməsi funksiyasından gedir. Sözügedən yeni funksiyanı WABetaInfo saytı messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında aşkar edib. Məlumatda qeyd edilib ki, bu yeni funksiya mesajın göndərilməsindən sonra 15 dəqiqə ərzində göndərilmiş mesajı redaktə etməyə imkan verəcək (technote.az).

Qeyd etmək lazımdır ki, buna bənzər funksiya artıq uzun müddətdir ki, Telegram-da mövcuddur. Mesajların redaktə edilməsi funksiyasının Whatsapp-ın stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026